SOCAR ABB ilə enerji keçidi və rəqəmsallaşmanı müzakirə edib
Energetika
- 23 oktyabr, 2025
- 15:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Norveçin ABB şirkəti arasında enerji keçidi, rəqəmsallaşma, sənayedə innovativ texnologiyaların tətbiqi ilə resursların idarə edilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.
Bildirilib ki, bu barədə müzakirələr bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəfin ABB şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti Tor Ove Lussand ilə görüşündə aparılıb.
Görüşdə qarşı tərəfə Azərbaycanda enerji sənayesinin modernləşdirilməsi, karbon emissiyalarının azaldılması, beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən "yaşıl enerji" layihələri barədə məlumat verilib.
Son xəbərlər
18:34
Azərbaycanla Gürcüstan HDQ-ləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Hərbi
18:30
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
Futbol
18:28
Foto
Avropa Şurasında Rusiya-Gürcüstan münaqişəsi müzakirə edilib
Region
18:26
Səfir: Avstriya və Azərbaycan münasibətlərində müsbət dinamikanı qorumaq vacibdir
Xarici siyasət
18:15
Video
Yol təmir işlərinin müddətini müəyyən edən əsas amillər açıqlanıb
İnfrastruktur
18:01
Azərbaycan və Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə edib
İnfrastruktur
17:55
Kənan Quluzadə: "İƏT-ə üzv ölkələrdə Şuşanın tanıdılması istiqamətində təbliğat işləri aparılıb"
Turizm
17:51
Bu ilin yanvarından indiyədək 6 vəkil Kollegiyadan xaric olunub, 27-si cərimələnib
Daxili siyasət
17:45
Yerjan Mukaş: Bu il İƏT-in turizm paytaxtı olan Şuşada keçirilən tədbirlərdən çox razı qaldıq
Turizm