Ötən ay ASAN və KOB evləri vasitəsi ilə EMTA-ya 232 müraciət daxil olub

Ötən ay ASAN və KOB evləri vasitəsi ilə EMTA-ya 232 müraciət daxil olub Bu ilin oktyabr ayında Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyi (EMTA) tərəfindən elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 9 te
Energetika
4 Noyabr , 2021 12:22
Ötən ay ASAN və KOB evləri vasitəsi ilə EMTA-ya 232 müraciət daxil olub

Bu ilin oktyabr ayında Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyi (EMTA) tərəfindən elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 9 texniki yoxlama aparılıb.

Bu barədə "Report" quruma istinadən xəbər verir.

Məlumatda deyilir ki, qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ-hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 13 texniki yoxlama aparılıb.

Həmçinin Agentliyə müraciət edən 6 müəssisədə elektrik təsərrüfatına cavabdeh 22 şəxsin və təhlükəsizlik texnikası üzrə mühəndisin əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılıb, biliklərin artırılması üçün təkliflər verilib, metodiki yardım göstərilib.

Bundan əlavə 15 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və 2 KOB evində (Kiçik və Orta Biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 232 müraciət daxil olub. Bütün müraciətlər araşdırılıb və cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi