Azərbaycanla metan qazı ilə bağlı xüsusi bəyannamələr imzalanacaq və görüləcək tədbirlər istiqamətində addımlar atılacaq.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) Enerji təchizatı bölməsinin rəhbəri Kristof Makqleyd bu gün keçirilən Bakı Enerji Forumunun I günündə "Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq" mövzusunda plenar müzakirələrdə deyib.
O bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində IEA Azərbaycanla metan emissiyasının azaldılması istiqamətində tədbirlər həyata keçirəcək. K.Makqleyd qeyd edib ki, digər əməkdaşlıq istiqaməti isə investisiyaların aşağı emissiya yönümlü olması, yeni texnologiyaların tətbiqi ilə bağlı investisiya proseslərinin gücləndirilməsinə dair olacaq.