BP və SOCAR İsraildəki dəniz bloklarında təbii qaz kəşfiyyatı üçün müraciət edib
Energetika
- 18 iyul, 2023
- 06:39
Böyük Britaniyanın enerji şirkəti olan BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə Aralıq dənizində İsrailin dəniz hissəsində kəşfiyyat işlərinin aparılması üçün lisenziya almaq məqsədilə tenderdə iştirak edib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, söhbət burada aşkarlanan “Leviafan” və “Tamar” yataqlarının yaxınlığında yerləşən bloklarda təbii qaz ehtiyatları ilə bağlı kəşfiyyat işlərindən gedir.
BP və SOCAR İsrailin “NewMed Energy” şirkəti ilə birlikdə ötən bazar günü başa çatan dördüncü lisenziyalaşdırma mərhələsində iki dəniz bloku üçün müraciət edib.
“NewMed” artıq “Leviafan” yatağında təbii qaz hasilatı ilə məşğuldur. Şirkət bu yataqda 45 %-dən çox paya sahibdir.
Hərracın qalibləri bu ilin dördüncü rübündə açıqlanacaq.
Son xəbərlər
01:35
Amerikalı diplomat Azərbaycanın enerji marşrutlarında iştirakını yüksək qiymətləndirib
Energetika01:14
Rusiya Fransa, Kanada və Portuqaliya ilə hərbi əməkdaşlığı dayandırıb
Digər ölkələr00:32
Bakı metrosunda qatarda texniki nasazlıq qeydə alınıb
Hadisə00:20
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb
İnfrastruktur00:14
Rubio AK-nın "X"i cərimələməsini Amerika xalqına qarşı hücum adlandırıb
Digər ölkələr23:53
Video
"Xalisa faciəsində 11 soydaşımız işgəncələrlə öldürülüb" - Qərbi Azərbaycan Xronikası
Daxili siyasət23:44
Almaniyada minlərlə məktəbli yeni hərbi xidmət qanununa etiraz edib
Digər ölkələr23:37
Belarus nüvə enerjisi istehsalını genişləndirir
Digər ölkələr23:15