BP Azərbaycan xalqına dəstəyini ifadə etdi

BP Azərbaycan xalqına dəstəyini ifadə etdi BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova məktub ünvanlayıb.
Energetika
19 Oktyabr , 2020 12:30
BP Azərbaycan xalqına dəstəyini ifadə etdi

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova məktub ünvanlayıb.

“Report”un Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, məktubda Azərbaycanın öz ərazi bütövlüyünün bərpa edilməsi uğrunda apardığı mübarizədə Azərbaycan xalqına dəstək ifadə edilib.

Q.Counz Gəncə şəhərinin və eləcə də Azərbaycanın digər şəhər və kəndlərinin son günlərdə atəşə tutulması nəticəsində mülki əhali arasında itkilərin olması xəbərindən dərindən kədərləndiyini vurğulayıb, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyan bu dövrdə cari neft və qazın hasilatı və nəqli prosesinin fasiləsiz həyata keçirilməsini təmin etmək üçün BP heyəti tərəfindən bütün mümkün səylərin göstərildiyi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi