Azərbaycanda əmtəəlik qaz hasilatı 3 %-ə yaxın artıb
Energetika
- 14 oktyabr, 2025
- 15:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 37 milyard 794 milyon kubmetr təbii qaz hasil edilib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 29 milyard 046,4 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 1,8 %, əmtəəlik qaz hasilatı isə 2,8 % artıb.
Ötən 9 ay ərzində Azərbaycanda 20 milyon 675,7 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 20 milyon 629,4 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2024-cü ilin 9 ayının göstəriciləri ilə müqayisədə müvafiq olaraq 4,6 % azdır.
Добыча товарного газа в Азербайджане выросла примерно на 3%
Azerbaijan's commercial gas production rises by nearly 3%
Son xəbərlər
15:56
Jalə Əhmədova: "Oceanman Azerbaijan Sea Breeze" açıq suda üzmə yarışı böyük tədbirdir"
Fərdi
15:51
Korsikanın siyasi partiyası Fransadan qanunvericilik muxtariyyətinin verilməsini tələb edib
Digər ölkələr
15:50
Foto
Azərbaycan və Slovakiya arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi müzakirə edilib
Hərbi
15:49
Cənubi Koreya və Almaniya müdafiə sahəsində əməkdaşlığı genişləndirməklə bağlı razılığa gəlib
Digər ölkələr
15:48
Elnur Məmmədov: "Açıq suda üzmə üzrə beynəlxalq yarışın ölkəmizdə keçirilməsi Azərbaycana etimadın göstəricisidir"
Fərdi
15:43
DİN: Bu ilin 9 ayı ərzində 146 cinayətkar qrup zərərsizləşdirilib
Hadisə
15:42
2026-cı ilin 9 ayı ərzində 6 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb
Hadisə
15:42
Cari ilin 9 ayı ərzində axtarışa verilən şəxslərin 87 faizi tutulub
Hadisə
15:40
Bu ilin 9 ayı ərzində 22 804 cinayət törədilib
Hadisə