Hindistanda "Su-30MKI" qırıcısının qəzaya uğraması nəticəsində iki pilot həlak olub - YENİLƏNİB-2
- 06 mart, 2026
- 08:57
Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Su-30MKI" qırıcısının ölkənin şimal-şərqindəki Assam ştatında qəzaya uğraması nəticəsində iki pilot həlak olub.
"Report" xəbər verir ki, bu barədə Hindistan HHQ-nin "X" sosial şəbəkəsindəki məlumatında deyilir.
Ölkənin HHQ rəhbərliyi onların ailələrinə başsağlığı verib.
Daha əvvəl bildirilmişdi ki, döyüş təyyarəsi Assamın Corhat şəhərindən havaya qalxıb və sonuncu dəfə martın 5-i yerli vaxtla saat 19:42-də (Bakı vaxtı ilə 18:12) onunla əlaqə saxlamaq mümkün olub. Bundan sonra axtarış-xilas etmə əməliyyatına başlanılıb.
Daha əvvəl radarlardan itmiş Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Su-30MKI" qırıcısı ölkənin şimal-şərqindəki Assam ştatında qəzaya uğrayıb.
"Report"un məlumatına görə, bu barədə Hindistan HHQ-nin "X" sosial şəbəkəsindəki məlumatında qeyd olunub.
"Təlim-məşq uçuşu yerinə yetirən "Su-30MKI" qırıcısı Assam ştatının Karbi-Anqlonq rayonunda, Corhatdan təxminən 60 km məsafədə qəzaya uğrayıb. Axtarış əməliyyatı davam edir", - qurum bildirib.
Pilotların taleyi barədə məlumat yoxdur.
Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) "Su-30" qırıcısı Assam ştatındakı Karbi-Anqlonq rayonu üzərində uçuş zamanı radarlardan itib.
"Report" xəbər verir ki, bu barədə HHQ-nin rəsmi nümayəndəsi, hərbi kəşfiyyatın polkovnik-leytenantı Mahendra Ravat "X" sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunub ki, təyyarə ilə cümə axşamı Corhatdakı hərbi bazadan qalxdıqdan sonra əlaqə kəsilib.
Axtarış-xilasetmə işləri davam edir.