​Azərbaycan Cənub Qaz Dəhlizindən 50 mlrd. dollar mənfəət əldə edəcək

​Azərbaycan Cənub Qaz Dəhlizindən 50 mlrd. dollar mənfəət əldə edəcək Ən pessimist proqnozlara əsasən, mənfəətin həcmi 30 mlrd. dollardan az olmayacaq
Energetika
22 İyun , 2016 12:53
​Azərbaycan Cənub Qaz Dəhlizindən 50 mlrd. dollar mənfəət əldə edəcək

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan perspektivdə Cənub Qaz Dəhlizi (SGC) layihəsinin icrasından 30-50 mlrd. ABŞ dolları həcmində mənfəət götürmək niyyətindədir. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “Natural Gas Europe" nəşrinə bildirilib.

Qurumun açıqlamasına görə, hətta ən pessimist proqnozlarla belə Azərbaycan qarşıdakı 25 il satış və alış müqavilələri müddətində 30 mlrd. dollar mənfəət əldə edəcək.

Qeyd edək ki, Azərbaycanın SGC-nin komponentləri olan “Şahdəniz” layihəsində payı 16,7%, Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsində 58%, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində payı 20%-dir. Son rəqəmlərə görə, SGC-nin ümumi icra xərcləri 39,1 mlrd. dollar olacaq ki, bunun da 9 mlrd. dollarlıq hissəsi Azərbaycan tərəfindən yatırılacaq.

“Bunun qarşılığında isə Azərbaycan 30-50 mlrd. dollar qazanmağı düşünür. Hətta qaz ixracı və tranzitindən gələn gəlirləri nəzərə almasaq və 2020-2030-cu illərdə neftin orta qiyməti 60 dollar/barel olarsa, yalnız qaz kondensantından SGC-nin səhmdarları 26 mlrd. dollar qazanacaq. Əgər neftin qiyməti 80 dollar/barel olarsa, bu rəqəm 35 mlrd. dollar olacaq. Bu rəqəmlər yalnız 10 ilə aiddir, amma 25 il üçün həm də qaz gəlirləri, tranzit və vergi daxilolmaları da SGC-nin mənfəətinə əlavə olunacaq və bu rəqəm 30-50 mlrd. dollar civarında olacaq” - SOCAR-dan bildirilib.

Son xəbərlər

Orphus sistemi