Vəkillər Kollegiyasının sədri: “Hüquq ixtisasından məzun olanların sayı çox azdır”

Vəkillər Kollegiyasının sədri: “Hüquq ixtisasından məzun olanların sayı çox azdır” “Hüquqşünas məzunların azlığı mövcud olan problemlərdən biridir. Digər ölkələrlə müqayisədə Azərbaycanda hüquq ixtisasından məzun olanların sayı çox azdır”.
Elm və təhsil
5 Noyabr , 2023 13:25
Vəkillər Kollegiyasının sədri: “Hüquq ixtisasından məzun olanların sayı çox azdır”

“Hüquqşünas məzunların azlığı mövcud olan problemlərdən biridir. Digər ölkələrlə müqayisədə Azərbaycanda hüquq ixtisasından məzun olanların sayı çox azdır”.

“Report” xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, ölkədə hüquqşünaslara xeyli tələbat var: “Aidiyyəti qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Son günlər Xankəndidə Hüquq Universitetinin yaradılması ilə bağlı təkliflər irəli sürülüb. Ölkədə hüquq elmi məktəbi kifayət qədər güclənməlidir. Xaricdə təhsil alan hüquqşünaslar elmi işlərə cəlb olunmalıdır.

Təəssüf ki, bu gün biz bunu görmürük. Universitetlər hüquq sahəsi üzrə dərs deyən müəllimlərin məvaciblərini artırmalıdırlar. Hüquq elminə marağın olmamasının digər səbəbi də əməkhaqlarının az olmasıdır”.

Son xəbərlər

Orphus sistemi