Sahil Babayev: "Kiçik texnik belə yüksək bacarığı ilə böyük innovasiya edə bilər"

Sahil Babayev: "Kiçik texnik belə yüksək bacarığı ilə böyük innovasiya edə bilər" "Təbii ki, yüksək texnologiyalar sahəsində hər zaman inkişaf var. Lakin sırf bu peşə yönünə köklənmək də doğru olmaz. Misal olaraq, kiçik texnik belə yüksək bacarığı ilə böyük innovasiya edə bilər".
Elm və təhsil
1 Noyabr , 2023 11:43
Sahil Babayev: Kiçik texnik belə yüksək bacarığı ilə böyük innovasiya edə bilər

"Təbii ki, yüksək texnologiyalar sahəsində hər zaman inkişaf var. Lakin sırf bu peşə yönünə köklənmək də doğru olmaz. Misal olaraq, kiçik texnik belə yüksək bacarığı ilə böyük innovasiya edə bilər".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Təhsilin İnkişafı Forumunda "İnnovasiya ekosisteminin yaradılması" panelində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün dünya alternativ və günəş enerjisindən danışır: "Əvvəlki dövrdə isə bu sahəyə bugünkü qədər kadr lazım deyildi. Yəni hər dövrün öz tələbi var. Müxtəlif istiqamətlərdə ssenarilərimiz olmalıdır. Qazanılan bilik və bacarıqlarının tətbiqinin imkanları mütləqdir. Etiraf edək ki, sovet dövründən qalan təhsil mirası Qərb təhsilindən kifayət qədər güclü idi. Lakin tətbiqi iş praktiki təcrübədən sonra mümkün idi".

Nazir bildirib ki, təhsil sahəsində konsepsiyaların tətbiqi önəmlidir: "Peşə və ixtisaslar daim inkişaf etməlidir. Əhalinin məşğulluğu da əsas hədəflərdəndir. Müxtəlif kateqoriyadan olan vətəndaşların hazırlanması vacibdir. Gələcək dövrdə tələblərə görə kadr ehtiyacının artması və azalmasını görəcəyik. Bu da olduqca təbiidir".

Son xəbərlər

Orphus sistemi