DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək

DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirilib.
Elm və təhsil
12 May , 2024 15:12
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirilib.

"Report" DİM-ə istinadən xəbər verir ki, AB, AC, BA vəzifə qrupları üzrə imtahan elektron formada Bakı və Naxçıvan şəhərlərində keçirilib. Bu imtahanda 88 namizəd iştirak edib.

İmtahan nəticələrinə əsasən, AB1 altqrupu üzrə 1, AB4 altqrupu üzrə 3, AC2 altqrupu üzrə 1, AC3 altqrupu üzrə 6, AC4 altqrupu üzrə 4, BA1 altqrupu üzrə 4, BA2 altqrupu üzrə 13, BA3 altqrupu üzrə 24, BA4 altqrupu üzrə 14 nəfər olmaqla, ümumilikdə 70 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Son xəbərlər

Orphus sistemi