Azərbaycanda havanın temperaturu 6 dərəcəyədək aşağı enəcək, güclü yağış yağacaq - XƏBƏRDARLIQ
Ekologiya
- 08 iyul, 2016
- 08:43
Bakı. 8 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycan rayonlarında hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Departamentdən “Report”a verilən məlumata görə, iyulun 9-da Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə 4 dərəcə aşağı enəcək.
Azərbaycan rayonlarında iyulun 9-u axşamdan iyulun 12-si gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlədə arabir güclənəcək.
Havanın temperaturu tədricən 4-6 dərəcə enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
Son xəbərlər
22:58
Stend atıcılığı üzrə Federasiya Kubokunun qalibləri müəyyənləşib
Fərdi22:57
ABŞ və Macarıstan enerji sahəsində əməkdaşlığı gücləndirir
Digər ölkələr22:46
Video
Rəhim Həsənov Elçin Məsiyev və Kamal Umudlunun oyunlar zamanı səhv qərarlar verdiyini bildirib
Futbol22:42
UEFA Avropa Liqasında 1/4 final mərhələsinə bir oyunla start verilib
Futbol22:36
Ağ Ev: İran mümkün razılaşma üçün əsas götürülən planı ABŞ-yə təqdim edib
Digər ölkələr22:22
Ərdoğan: Atəşkəsin sülh üçün yaratdığı fürsət hədər edilməməlidir
Region22:14
İranla danışıqlarda ABŞ-ni Vens, Uitkoff və Kuşner təmsil edəcək
Digər ölkələr22:10
Foto
Azərbaycan ilə Zimbabve arasında dayanıqlı şəhərlə bağlı əməkdaşlıq müzakirə olunub
İnfrastruktur22:06