Din xadimlərinin bəyanatı: "İranın məscidlərimizi dağıdan Ermənistanla əməkdaşlığı İslam dəyərlərinə ziddir"

Din xadimlərinin bəyanatı: "İranın məscidlərimizi dağıdan Ermənistanla əməkdaşlığı İslam dəyərlərinə ziddir" İranın son zamanlar yürütdüyü antiazərbaycan siyasətinə etiraz olaraq Azərbaycanın daha bir neçə rayonunda fəaliyyət göstərən din xadimləri bəyanat qəbul ediblər.
Din
29 Dekabr , 2022 10:31
Din xadimlərinin bəyanatı: İranın məscidlərimizi dağıdan Ermənistanla əməkdaşlığı İslam dəyərlərinə ziddir

İranın son zamanlar yürütdüyü antiazərbaycan siyasətinə etiraz olaraq Azərbaycanın daha bir neçə rayonunun din xadimləri bəyanat qəbul ediblər.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, bəyanatı Şəki, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri imzalayıblar.

Bəyanatda vurğulanıb ki, Azərbaycan xalqı və dövləti tarixən bütün qonşuları ilə sülh, qarşılıqlı hörmət və əməkdaşlığa söykənən münasibət qurmağa çalışıb. Əfsuslar olsun ki, amma Azərbaycanın xoş niyyətləri heç bir zaman lazımi şəkildə qiymətləndirilməyib.

Qeyd edilib ki, İranın və bu dövlətin din xadimlərinin Azərbaycana qarşı qərəzli münasibətləri, eləcə də bir müddət əvvəl İran ordusunun Azərbaycanla sərhəddə keçirdikləri hərbi təlimlər başda din xadimləri olmaqla bütün Azərbaycan xalqını narahat edib: "Bizləri təəssüfləndirən məqamlardan biri də bu xoşagəlməz münasibətin məhz İran tərəfdən göstərilməsidir. Çünki başda İslam dini olmaqla, Azərbaycanla İranı bir-birinə bağlayan əsrlər boyu formalaşmış bir çox milli və mənəvi dəyərlərimiz vardır. İran isə həm Qarabag münaşiqəsi zamanı, həm də münaqişə həllini tapdıqdan sonrakı dövrdə təcavüzkar Ermənistana yaxın münasibət göstərmişdir. Biz din xadimləri olaraq İranın ikili standartını pisləyir, iki xalq arasındakı əlaqələrə xəyanət kimi qiymətləndiririk. 67 məsciddən 65-ni dağıdan Ermənistan ilə əməkdaşlıq etmək özünü İslam respublikası adlandıran İran üçün İslam dəyərlərinə uyğun olmayan addımdır".

Din xadimləri İranı öz məkirli siyasətindən əl çəkməyə çağırıblar: "Bizim məscidlərimizdə heç bir dövlətə qarşı təbliğat aparılmır. Lakin milli mənəvi dəyərlərimizə, eyni zamanda, dövlətçiliyimizə qarşı hər hansı təhdid və ya qarayaxma kampaniyasına səssiz qala bilmərik. Azərbaycanın müsəlman dindarları məzhəbindən asılı olmayaraq hər zaman dövlətçiliyimizə sadiqdirlər və ölkəmizin suverenliyini qorumaq əzmindədirlər. İran öz məkirli siyasətindən əl çəkməlidir. Din xadimləri olaraq bizlər də İran İslam Respublikasının Azərbaycana qarşı yeritdiyi siyasətin müsəlmanlar arasında qarşıdurmalara səbəb olduğunun fərqindəyik".

Tolerantlığın və multikulturallığın Azərbaycandakı önəmini vurğulayan dindarlar bir daha bəyan ediblər ki, İranın bu siyasəti iflasa uğrayacaq: "Buna səbəb isə bizim cənab Ali Baş komandanımız İlham Əliyevin dəmir yumuruğu ətrafında birləşməyimizdir. Bu birlik siyasi, iqtisadi və dini birlikdir ki, bunu heç bir kənar qüvvə poza bilməz. Xalqımız milli-mənəvi dəyərlərimizi tarix boyu qoruyub saxlamış və bu ənənəni pozmağa heç bir dövlətin gücü çatmaz".

Qeyd edək ki, daha əvvəl Bakıda, Sumqayıtda və daha bir neçə rayonda, eləcə də ölkəmizin Şimal rayonlarında, Qərb rayonlarında, Aran rayonlarındaQarabağ bölgəsində fəaliyyət göstərən din xadimləri bəyanat qəbul ediblər.

Son xəbərlər

Orphus sistemi