Yuxarı

QMİ sədri: "Birinci vitse-prezidentin iftar süfrələrində iştirakı o deməkdir ki, dövlət mədəniyyətinə, dininə, milli ənənəsinə sadiqdir"

QMİ sədri: "Birinci vitse-prezidentin iftar süfrələrində iştirakı o de
© Report / Elchin Murad — Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə

"Prezident İlham Əliyevin, xarici dövlətlərin diplomatlarının, bütün dinlərin nümayəndələrinin iftar məclislərində iştirak etməsi dünyaya Azərbaycanda olan tolerantlıq və multikultural həyatı göstərdi".

"Report" xəbər verir ki, bunu "Təzə Pir" məscidindəki Ramazan bayramı namazından sonra jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iftar verməsi, iftar süfrələrində iştirak etməsi o deməkdir ki, dövlət öz mədəniyyətinə, öz dininə, əqidəsinə, milli ənənəsinə sadiqdir, bu davam edir və bunu inkişaf etdirir. Ona görə dövlətə dindarlar adından təşəkkürümüzü bildiririk", - A.Paşazadə əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi