Yuxarı

Allahşükür Paşazadə

 - 

Qafqaz Müsəlmanları İdarəsinin sədri



2009

2009-cu ildə MDB müsəlmanları Məşvərət Şurasının sədri seçilib.

2004

2004-cü ildə Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri seçilib.

1992

1992-ci ildə Azərbaycanın, Dağıstanın, Kabardino -Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilib. Ümumdünya İslam Konqresinin idarə heyətinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür.

1980

1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və Şeyx-ül-islam dərəcəsinə yüksəlib.

1975

1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olub.

1968

1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olub və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirib.

1949

Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olub.