Yunanıstan Ukraynaya “FrankenSAM” tipli hava hücumundan müdafiə sistemlərində istifadə olunan bir neçə “RIM-7 Sea Sparrow” raketləri verəcək.
Bu barədə “Report” Ukrayna KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Afina hökuməti təxminən 40 ildir Yunanıstan Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin arsenalında olan və yeni hərbi standartlara uyğun olaraq operativ istifadə üçün lazımsız hesab edilən 24 ədəd “RIM-7 Sea Sparrow” raketinin Ukraynaya verilməsinə razılıq verib.
Həmçinin zenit raketlərinin verilməsinin artilleriya mərmiləri, silah və sursat da daxil olmaqla daha geniş hərbi yardımın bir hissəsi olduğu bildirilir. Qeyd olunur ki, bu tədarüklər Yunanıstanın Egey dənizindəki müdafiə qabiliyyətini heç bir halda azaltmayacaq.