Ukraynada enerji obyektlərinə dəyən ziyanın nəticələrini aradan qaldırmaq üçün qərargah yaradılıb
- 15 yanvar, 2026
- 16:08
Ukrayna paytaxtı Kiyevdə Rusiya tərəfindən enerji obyektlərinə edilən hücumların nəticələrini aradan qaldırmaq üçün qərargah yaradılıb.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" energetika naziri Denis Şmıqalın bəyanatına istinadən məlumat yayıb.
Onun məlumatına görə, bu gün qərargahın ilk iclası keçirilib.
"Bu cür iclaslar müntəzəm olacaq, qərargah 24/7 işləyəcək. Bizim vəzifəmiz enerji və istilik təminatı ilə bağlı vəziyyəti stabilləşdirmək üçün cari çağırışlara operativ və səmərəli şəkildə reaksiya verməkdir. Kiyev və Kiyev vilayətində qərargahın fasiləsiz fəaliyyətini təmin etmək tapşırığını verdim", - bəyanatda bildirilib.
D.Şmıqal qeyd edib ki, iclas zamanı enerji infrastrukturunun qorunmasına xüsusi diqqət yetirilib.
"Tədbirlər siyahısı hazırlanıb, prosesin təşkili üçün məsul şəxslər müəyyən ediləcək", - o bildirib.