Ağ Evdə Tramp və Əl Şaraa danışıqlar aparıb – YENİLƏNİB

Digər ölkələr
  • 10 noyabr, 2025
  • 23:02
Ağ Evdə Tramp və Əl Şaraa danışıqlar aparıb – YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüş keçirib.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, Əl Şaraa artıq Ağ Evi tərk edib.

Agentlik görüşün təfərrüatlarını açıqlamayıb, danışıqlar mətbuat üçün qapalı şəkildə baş tutub.

Qeyd edək ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Dəməşqə qarşı sanksiya rejiminin və ixrac nəzarəti tədbirlərinin yumşaldıldığını bəyan etmişdi.

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla suriyalı həmkarı Əhməd Əl Şaraa arasında görüş başlayıb.

Bu barədə "Report" "Al Jazeera" telekanalına istinadən xəbər verir.

Daha əvvəl SANA dövlət agentliyi xəbər verib ki, Suriya lideri bazar ertəsi Ağ Evdə ABŞ-dən olan həmkarı Donald Trampla görüşəcək. ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tom Barak Əl Şaraanın Vaşinqtona gözlənilən səfərini ilk dəfə 1 noyabrda Bəhreyndə keçirilən Manama dialoqu çərçivəsində açıqlayıb. O, Suriyanın ABŞ-nin rəhbərlik etdiyi İŞİD-ə qarşı mübarizə aparan koalisiyaya qoşulmağı gözlədiyini bildirib.

Suriya lideri əvvəllər də ABŞ-yə səfər edib. Onun səfəri bu ilin sentyabrında BMT Baş Assambleyasının (BA) 80-ci sessiyasında iştirakı çərçivəsində baş tutub.

Son xəbərlər

Bütün Xəbər Lenti