Tramp: ABŞ tarif gəlirlərindən ildə 1 trilyon dollardan çox qazanacaq
Digər ölkələr
- 03 oktyabr, 2025
- 04:22
ABŞ Prezidenti Donald Tramp tətbiq etdiyi idxal tariflərinin Birləşmiş Ştatlara hər il 1 trilyon dollardan çox gəlir gətirəcəyini bildirib.
"Report"un məlumatına görə, bu barədə Amerika lideri "One America News" telekanalına müsahibəsində bildirib.
"Tariflər yenicə bəhrəsini verməyə başlayır; yekun nəticədə tariflər ildə 1 trilyon dollardan çox olacaq", - o qeyd edib.
Sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci Sessiyasının ümumi müzakirəsində çıxışında Tramp bəyan edib ki, Vaşinqton ədalətlilik və qarşılıqlılıq prinsiplərinə riayət olunmaq şərti ilə bütün ölkələrlə ticarət etməyə hazırdır. ABŞ Prezidentinin sözlərinə görə, onun administrasiyasının əksər ölkələrə tətbiq etdiyi ticarət tarifləri qoruyucu mexanizmdir.
Son xəbərlər
10:46
"Qarabağ"ın rəqibinin futbolçusu iki ay müddətinə sıradan çıxıb
Futbol10:43
Laçında yerləşən SES-də 5 ildə istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Energetika10:38
Nəqliyyat Nazirliyi: Çexiya Azərbaycanla ictimai nəqliyyat sahəsində əməkdaşlıq üçün potensial görür
İnfrastruktur10:34
Foto
Video
Göygöldə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Hadisə10:34
EBRD Azərbaycan üzrə cari layihə portfelini yeniləyib
Maliyyə10:27
Rəqəmsal keçid: Azərbaycan iqtisadiyyatının yeni dayaqları formalaşır - TƏHLİL
Analitika10:26
Foto
Azərbaycan ilə Serbiya arasında enerji sektorunda strateji tərəfdaşlıq müzakirə olunub
Energetika10:08
XXV Qış Olimpiya Oyunlarında növbəti yarışlar keçiriləcək
Fərdi10:05