"Telegraph": ABŞ Milli Təhlükəsizlik Strategiyasında Rusiyanı tənqid etməkdən çəkinib
- 07 dekabr, 2025
- 08:14
Ağ Ev ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında Rusiyanı tənqid etməkdən çəkinib.
"Report" xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Vaşinqton strategiyada münaqişənin tərəflərindən birinə aid olduğunu göstərməyib, lakin ABŞ "məcburən bu məsələyə qarışmalı" olub.
Qəzet yazıb ki, Avropa İttifaqı liderləri də bu faktı narahatlıqla qarşılayacaq və ABŞ Prezidenti Donald Trampın administrasiyasından izahat tələb edəcəklər.
Dekabrın 5-də Ağ Ev ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasını açıqlayıb. Sənəddə Rusiya ilə münasibətlərdə strateji sabitliyin bərpasının Avropada əsas xarici siyasət prioritetlərindən biri olduğu vurğulanıb. ABŞ-nin əsas marağı isə Ukraynada müharibənin dayandırılması kimi göstərilib.