Suriya prezidenti sabah Türkiyəyə səfər edəcək
Digər ölkələr
- 03 fevral, 2025
- 09:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Suriya prezidenti Əhməd əş-Şəraa fevralın 4-də Türkiyəyə səfər edəcək.
“Report” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkə hesablarında məlumat verib.
"Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəra prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 4-də Ankaraya səfər edəcək. Danışıqlar zamanı Suriyadakı son hadisələr müzakirə olunacaq, iqtisadiyyatın bərpası, Suriyada davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün iki ölkənin atmalı olduğu birgə addımlar qiymətləndiriləcək", - o qeyd edib.
Son xəbərlər
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.10.2026)
Maliyyə
08:57
İordaniyada kilsəyə hücumda şübhəli bilinən üç nəfər saxlanılıb
Digər ölkələr
08:43
Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək
Region
08:14
Foto
Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Kütləvi kiberhücumlara görə Yaponiya hökumətinin təcili iclası keçiriləcək
Digər ölkələr
08:00
U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək
Futbol
07:39
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
Digər ölkələr
07:22
Tayvan nadir torpaq metallarının istehsalı üzrə ilk zavodu inşa etməyi planlaşdırır
Digər ölkələr
06:58
Cənubi Koreya və ABŞ "Freedom Flag" birgə hərbi təlimlərinə başlayıb
Digər ölkələr