Sudanın devrilmiş baş naziri yenidən hökumətə rəhbərlik edəcək

Sudanın devrilmiş baş naziri yenidən hökumətə rəhbərlik edəcək Hərbçilər tərəfindən vəzifəsindən uzaqlaşdırılan Sudanın baş naziri Abdullah Hamduq ev dustaqlığından azad edilib.
Digər ölkələr
21 Noyabr , 2021 17:16
Sudanın devrilmiş baş naziri yenidən hökumətə rəhbərlik edəcək

Hərbçilər tərəfindən vəzifəsindən uzaqlaşdırılan Sudanın baş naziri Abdullah Hamduq yenidən hökumətə rəhbərlik edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, Sudan hərbçiləri və devrilmiş baş nazir Abdullah Hamduq onun vəzifəyə qayıtmasını və texnokratik hökumətin qurulmasını nəzərdə tutan siyasi bəyannamə ilə bağlı razılığa gəliblər.

Bundan əvvəl Abdullah Handuq ev dustaqlığından azad edilib.

14:40

Hərbçilər tərəfindən vəzifəsindən uzaqlaşdırılan Sudanın baş naziri Abdullah Hamduq ev dustaqlığından azad edilib.

"Report" xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, Hamdukla bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.

Bundan əvvəl yayılan məlumata görə, Sudan hərbçiləri və devrilmiş baş nazir Abdullah Hamduq onun vəzifəyə qayıtmasını və texnokratik hökumətin qurulmasını nəzərdə tutan siyasi bəyannamə ilə bağlı razılığa gəliblər. Saziş bütün siyasi məhbusların azad edilməsini nəzərdə tutur.

Sudan ordusunun komandanı Əbdülfəttah əl-Burhan oktyabrda baş nazir Abdullah Hamduq və bir sıra mülki vəzifələrin rəhbərlərini vəzifələrindən uzaqlaşdıraraq ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

Ordunun idarəçiliyə müdaxiləsinə əleyhinə olan mülki hakimiyyət tərəfdarları küçələrə çıxaraq etiraz etməyə başlayıblar.

Son xəbərlər

Orphus sistemi