Rusiya Xarkov, Sumı və Odessa vilayətlərinə hücum edib, 1 ölü, 10-dan çox yaralı var

Digər ölkələr
  • 17 fevral, 2026
  • 12:22
Rusiya Xarkov, Sumı və Odessa vilayətlərinə hücum edib, 1 ölü, 10-dan çox yaralı var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov, Sumı və Odessa vilayətlərinə növbəti hücumları nəticəsində 1 nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

Bu barədə "Report" Ukrayna KİV-ə istinadən xəbər verir.

Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildrib ki, Rusiyanın dron hücumu nəticəsində bir dinc sakini həlak olub, daha altı nəfər xəsarət alıb.

Onun sözlərinə görə, Rusiya qoşunları vilayətin 15 yaşayış məntəqəsini 20-dən çox dəfə atəşə tutub.

Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak qeyd edib ki, Rusiyanın hücumu nəticəsində üç dinc sakin - iki kişi və bir qadın yaralanıb.

Ötən gecə Odessada altı dəfə hava həyəcanı siqnalı verilib və hələ də davam edir. Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, Rusiya Silahlı Qüvvələri son sutka ərzində üç yaşayış məntəqəsinə zərbələr endirib. "Qusinka kəndinin atəşə tutulması nəticəsində 51 və 52 yaşlı iki kişi xəsarət alıb", - o, teleqram kanalında yazıb.

Administrasiya rəhbərinin sözlərinə görə, Xarkova zərbələr nəticəsində 3 fərdi ev və avtomobil zədələnib, Lozova şəhərində isə enerji şəbəkələri sıradan çıxıb.

Son xəbərlər

Bütün Xəbər Lenti