Rumıniya parlamenti ABŞ qoşunlarının İrana qarşı əməliyyata dəstək üçün yerləşdirilməsini təsdiqləyib
Digər ölkələr
- 12 mart, 2026
- 05:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rumıniya parlamenti Prezident Nikuşor Danın ABŞ avadanlığı və qoşunlarının İrana qarşı əməliyyatı dəstəkləmək üçün müvəqqəti yerləşdirilməsinə dair xahişini təsdiqləyib.
"Report"un məlumatına görə, bu barədə "Agerpres" agentliyi xəbər yayıb.
Parlamentin 272 üzvü qərarın lehinə, 18-i əleyhinə səs verib, beş nəfər bitərəf qalıb.
Ən böyük müxalifət partiyası olan "Rumınların birliyi uğrunda alyans"ın lideri Corce Simion qərarın tələsik verildiyini və ölkənin təhlükəsizliyinə təhdid yarada biləcəyini bildirib.
Onun sözlərinə görə, bu tədbirin məqsəd və niyyətlərinin sırf müdafiə xarakterli olduğuna dair heç bir zəmanət yoxdur və potensial risklərin əlavə qiymətləndirilməsi tələb olunur.
Son xəbərlər
02:25
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
Digər ölkələr
01:50
Latviya Rusiya ilə sərhədini bağlamağı nəzərdən keçirəcək
Digər ölkələr
01:18
SEPAH: Hörmüz boğazında üç neft tankerində partlayış olub
Region
01:05
Foto
Türkiyədə leysan yağışları bir sıra fəsadlara yol açıb
Region
00:58
"Bloomberg": Huanq rəhbərliklə razılaşdırılmadan "Nvidia"ya qaytarılıb
Biznes
00:22
NATO Rusiya raketlərinin düşməsindən sonra Polşaya "AWACS" kəşfiyyat təyyarəsi göndərəcək
Digər ölkələr
00:07
ABŞ bir həftə ərzində Hörmüz vasitəsilə 108 milyon barel neft daşındığını açıqlayıb
Digər ölkələr
23:59
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Hadisə
23:54
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
Digər ölkələr