Qəzzaya 1 milyon insan üçün ərzaq çatdırılıb
Digər ölkələr
- 13 oktyabr, 2025
- 06:24
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağına 1 milyon insan üçün ərzaq çatdırıb.
"Report"un məlumatına görə, bu barədə qurumun "X"dəki səhifəsində yayılmış bəyanatında bildirilib.
"Atəşkəs razılaşmasının ilk günlərində UNRWA bir milyon insanı - anklav əhalisinin yarısını yedirtmək üçün kifayət qədər ərzaq gətirdi. Bizim onları çatdırmaq üçün ehtiyatlarımız, resurslarımız və kadrlarımız var", - paylaşımda deyilir.
Agentlik həmçinin qeyd edib ki, Qəzza zolağında 75 illik təcrübəyə əsaslanaraq, biliyə, şəbəkəyə malikdir və yardımı bütün regionda effektiv şəkildə paylamaq planları var. "Bizə sadəcə olaraq İsrail hakimiyyətinin yaşıl işığı lazımdır", - agentlik vurğulayıb.
Son xəbərlər
17:32
Azərbaycan və Gürcüstan aqrar əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib
Region17:29
Azərbaycan Almaniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib
Energetika17:27
Ermənistan və Çin beynəlxalq avtomobil daşımaları haqqında saziş imzalayıb
Region17:23
Tacikistan millisinin baş məşqçisi İqor Angelovski: "Azərbaycanla yoldaşlıq görüşü maraqlı olacaq"
Futbol17:18
Azərbaycan və Malayziya büdcə proseslərinin rəqəmsallaşdırılmasını müzakirə edib
Maliyyə17:10
Foto
Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə birgə təlimi müzakirə edib
Hərbi17:06
Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
Sağlamlıq17:05
Anna Yusupova: "Dünya çempionatında iştirak etmək mənə qiymətli təcrübə qazandırdı"
Fərdi16:59