Paşinyan yaxın günlərdə Rusiyaya səfər edəcək
Digər ölkələr
- 11 sentyabr, 2025
- 12:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın günlərdə Rusiyaya səfər edəcək.
"Report"un yerli KİV-lərə istinadən verdiyi məlumata görə, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
Məlumata görə, N.Paşinyan Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcək.
O, həmçinin əlavə edib ki, Ermənistan öz ərazisindən Rusiya hərbi bazasının çıxarılması imkanını nəzərdən keçirmir.
"Hazırda biz bu məsələni müzakirə etmirik, bizim belə söhbətlərimiz olmayıb", - A.Simonyan, Ermənistan ərazisindən Rusiya hərbi bazasının çıxarılmasının nəzərdən keçirilib-keçirilmədiyi barədə suala cavab verərkən qeyd edib.
Son xəbərlər
04:38
PSJ bir sıra futbolçularla müqavilələri uzatmağı planlaşdırır
Futbol
04:24
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
Digər ölkələr
03:45
Genuya hava limanı PUA-lara görə işini dayandırıb
Digər ölkələr
03:22
Bəqai: ABŞ-nin Tehranın bioloji silah hazırlaması iddiası bəhanəsi məqsədi daşıyır
Region
02:42
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
Maliyyə
02:36
ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsində nasazlıq üç gündür davam edir
Digər ölkələr
02:01
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
Biznes
01:45
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
Digər ölkələr
01:19
Braziliya Prezidenti beşgünlük iş həftəsinə keçidlə bağlı fərmanı imzalayıb
Digər ölkələr