Pakistanda avtomobil atəşə tutulub, ölənlər var
Digər ölkələr
- 03 sentyabr, 2025
- 14:53
Pakistanda Əfqanıstanla sərhəd bölgəsində silahlı şəxslərin avtomobili atəşə tutması nəticəsində altı mülki şəxs həlak olub.
"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Məlumata görə, hücum dini icmalar arasında iğtişaşların müşahidə olunduğu Kurram bölgəsində baş verib.
Yerli məmur Amir Navaz Xan bildirib ki, hadisə bu gün səhər baş verib. Avtomobildə olan altı nəfərin hamısı həlak olub.
Pakistan İnsan Hüquqları Komissiyası hadisənin dərhal və qərəzsiz şəkildə araşdırılması ilə bağlı çağırış edib və Kurramdakı vəziyyəti humanitar böhran adlandırıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, iyul ayından bəri vəziyyətin gərginləşməsi nəticəsində bölgədə təxminən 250 nəfər həlak olub.
Son xəbərlər
02:54
Zelenski: Ukrayna enerji sahəsində istənilən formatda atəşkəsə hazırdır
Digər ölkələr02:29
Makron Rusiya və Ukraynanı bir sıra hədəflərə hücumları dayandırmağa çağırıb
Digər ölkələr02:04
Kobaxidze: Cənubi Qafqazda regional əməkdaşlıq üçün geniş imkanlar yaranıb
Region01:28
Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub
Xarici siyasət01:26
Azərbaycan-Pakistan strateji tərəfdaşlıq əlaqələri nəzərdən keçirilib
Xarici siyasət01:23
Azərbaycan və Ukrayna rəsmiləri ikitərəfli gündəliyi müzakirə ediblər
Xarici siyasət01:21
Ceyhun Bayramov: Azərbaycan Cammu və Kəşmir məsələsinin beynəlxalq hüquq yolu ilə həllinə sadiqdir - YENİLƏNİB
Xarici siyasət01:08
Tramp: Ərdoğan möhtəşəm insandır
Digər ölkələr00:40