Olland: “Normandiya dördlüyü” liderləri yenidən toplana bilər
Digər ölkələr
- 12 fevral, 2015
- 22:35
Bakı. 13 fevral. REPORT.AZ/ “Normandiya dördlüyü” – Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərləri gələn həftə bir daha toplana bilər.
"Report" TASS agentliyinə istinadla xəbər verir ki, bu ehtimalı Fransa prezindenti Fransua Olland Avropa Birliyi liderlərinin görüşündən sonra səsləndirib.
Onun sözlərinə görə, Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə aparılan danışıqlar real nəticə versə və bu bazar ateşkəs rejimi qüvvəyə minsə “Normandiya dördlüyü”nün yeni görüşü məsələsi gündəmə gələ bilər.
"Belə bir görüş lazım gəlsə önümüzdəki həftə də keçirilə bilər", - deyən Fransa lideri, döyüşlərin davam edəcəyi halda Avropa ölkələrinin Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etməyə məcbur olacağını da vurğulayıb.
Son xəbərlər
06:29
Tokio NATO-nun Ukrayna proqramına qoşulması ilə bağlı məlumatları təkzib edib - YENİLƏNİB
Digər ölkələr05:56
ABŞ Sakit okeanda narkotacirlərin gəmisinə zərbə endirib
Digər ölkələr05:19
"Reuters": ABŞ NATO-nun iki qərargahında aparıcı rolundan imtina etmək istəyir
Digər ölkələr04:16
ABŞ Dövlət katibi 13-16 fevral aralığında Almaniya, Slovakiya və Macarıstana səfər edəcək
Digər ölkələr03:38
Video
ABŞ-də təyyarə avtomobillə toqquşub, dörd nəfər xəsarət alıb
Digər ölkələr03:14
"Kan": Qəzzaya yaxın vaxtlarda İndoneziyadan bir neçə min hərbçi göndərilə bilər
Digər ölkələr02:57
"Forbes": Azərbaycan Avrasiyanın geosiyasi baxımdan yenidən qurulmasında kilid rol oynayır
Analitika02:33
Britaniya Kralı qardaşı Endryunun Epşteynlə əlaqələrinin araşdırılmasına kömək edəcəyinə söz verib
Digər ölkələr02:08