Mark Zukerberqin var-dövləti bir günə 6 milyard dolları keçib

Mark Zukerberqin var-dövləti bir günə 6 milyard dolları keçib "Facebook"un yaradıcısı və rəhbəri "Bloomberg"in versiyasına görə, dünyanın ən zəngin insanlarının reytinqində iki pillə yüksəlib
Digər ölkələr
29 Yanvar , 2016 13:06
Mark Zukerberqin var-dövləti bir günə 6 milyard dolları keçib

Bakı. 29 yanvar. REPORT.AZ/ "Facebook"un yaradıcısı və rəhbəri Mark Zukerberq bir günə "Bloomberg"in versiyasına görə, dünyanın ən zəngin insanlarının reytinqində iki pillə irəliləyib və 6-cı yerə yüksəlib. "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, onun var-dövləti şirkətin hesabatının dərcindən sonra qəfil 6,2 milyard dollara qədər artıb.

"Bloomberg" "facebook"un yaradacısının varidatını 47,6 milyard dollar məbləğində dəyərləndirib.

Reytinqə əsasən, yalnız beş nəfər Zukerberqdən varlıdır. Bunlar "Microsoft"un yaradıcısı Bill Geyts, "Inditex"in təsisçisi Amansio Orteqa, amerikalı investor Uorren Baffett, "Amazon"un rəhbəri Ceff Bezos və iş adamı Karlos Slimdir.

Maraqlıdır ki, Zukerberq 2016-cı ildə aktivlərinin dəyərini artırmağı bacaran dünyanın ən zənginləri arasında 20 adamdan biri olub.

Qeyd edək ki, dünyanın ən zəngin 400 adamının bu gün üçün ümumi var-dövləti 3,7 trilyon dollar təşkil edir. 2015-ci ilin mayında isə bu rəqəm 4,3 trilyon dollara çatırdı.

Son xəbərlər

Orphus sistemi