Mahmud Abbas: Fələstin dövləti tanınmayana qədər Ər-Riyad İsraillə münasibətləri normallaşdırmayacaq

Mahmud Abbas: Fələstin dövləti tanınmayana qədər Ər-Riyad İsraillə münasibətləri normallaşdırmayacaq Fələstin Prezidenti Mahmud Abbas ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla Səudiyyə Ərəbistanının iştirakı ilə İsraillə sülhə nail olunmasını müzakirə edib.
Digər ölkələr
14 Dekabr , 2024 14:08
Mahmud Abbas: Fələstin dövləti tanınmayana qədər Ər-Riyad İsraillə münasibətləri normallaşdırmayacaq

Fələstin Prezidenti Mahmud Abbas ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla Səudiyyə Ərəbistanının iştirakı ilə İsraillə sülhə nail olunmasını müzakirə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bunu “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

"Səudiyyə Ərəbistanı, ABŞ, Misir, İordaniya və Qətər həll yolunun tapılmasında maraqlıdır. Amerikalılar Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərini normallaşmasını istəyirlər, lakin baş nazir Benyamin Netanyahu Fələstin dövlətini tanımayana qədər Ər-Riyad İsraillə münasibətləri normallaşdırmayacaq. Trampla telefon danışığı zamanı Səudiyyə Ərəbistanının iştirakı ilə müharibənin başa çatması və sülhə nail olunması mövzusunu müzakirə etdik", - M.Abbas bildirib.

O, Fələstin Milli Administrasiyasının Qəzza zolağına nəzarəti öz üzərinə götürməyə hazır olduğunu deyib.

"HƏMAS xalqımızın bir hissəsidir, biz onu istisna etmirik, amma o, hökumət deyil", - Fələstin Prezidenti bildirib. O əlavə edib ki, 2007-ci ildə HƏMAS və İsrail arasındakı saziş Qəzza zolağını Fələstindən ayırmaq cəhdi idi. "Biz artıq belə bir saziş istəmirik", - M.Abbas vurğulayıb.

Son xəbərlər

Orphus sistemi