​Madaqaskarda terror aktı zamanı 2 nəfər ölüb, 84 nəfər yaralanıb

Digər ölkələr
  • 26 iyun, 2016
  • 23:52
​Madaqaskarda terror aktı zamanı 2 nəfər ölüb, 84 nəfər yaralanıb

Bakı. 27 iyun. REPORT.AZ/ Madaqaskarın paytaxtı Antananarivuda qumbaranın partlaması nəticəsində 2 nəfər ölüb, ən azı 84 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarına istinadən AFP məlumat yayıb.

Partlayış pulsuz konsertin keçirildiyi stadionda baş verib.

Yerli hökumət stadiondakı partlayışı terror aktı adlandırıb.

İyunun 26-da Madaqaskarda ölkənin müstəqilliyinin 56-cı ildönümünə həsr olunmuş bayram tədbirləri təşkil edilib.

44 filmi