Tramp Putinlə telefon danışığının təfərrüatlarını açıqlayıb - YENİLƏNİB-3

Digər ölkələr
  • 16 oktyabr, 2025
  • 22:01
Tramp Putinlə telefon danışığının təfərrüatlarını açıqlayıb - YENİLƏNİB-3

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının təfərrüatlarını açıqlayıb.

"Report" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb ki, rusiyalı həmkarı ilə telefon danışığı çox məhsuldar olub.

"Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığım indicə başa çatıb və bu, çox məhsuldar olub. Prezident Putin məni və ABŞ-ı Yaxın Şərqdə sülhün əsrlər boyu arzuladığı böyük nailiyyət münasibətilə təbrik edib. Mən həqiqətən inanıram ki, Yaxın Şərqdə uğur Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün danışıqlarda nəticə əldə etməyə kömək edəcək", - deyə Tramp bildirib.

Tramp deyib ki, o, Putinlə Ukrayna ilə müharibə başa çatdıqdan sonra Rusiya və ABŞ arasında ticarət perspektivləri barədə də geniş müzakirələr aparıb.

"Zəngin sonunda biz razılaşdıq ki, gələn həftə yüksəksəviyyəli məsləhətçilərimizin görüşü olsun. Birləşmiş Ştatların ilkin görüşlərinə Dövlət katibi Marko Rubio və digər vəzifəli şəxslər rəhbərlik edəcəklər. Görüş yeri müəyyən olunacaq. Bundan sonra Prezident Putinlə mən razılaşdırılmış yerdə, Budapeştdə, Macarıstanda görüşəcəyik".

O, sabah Oval kabinetdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə Putinlə danışığının nəticələrini və daha çox şeyi müzakirə edəcəyi qənaətinə gəlib: "İnanıram ki, bugünkü telefon danışığı əhəmiyyətli irəliləyiş əldə edib".

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başa çatıb.

"Report"un məlumatına görə, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıq aparır.

"Report" xəbər verir ki, bu barədə Trampın özü "Truth Social" sosial şəbəkəsində məlumat verib.

"Hazırda Prezident Putinlə danışıram. Söhbət davam edir və kifayət qədər ətraflıdır. Söhbətin sonunda Prezident Putin kimi mən də məlumat verəcəyəm. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!", - o qeyd edib.

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini müzakirə etmək üçün bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.

"Report" xəbər verir ki, bu barədə "Axios" nəşri mənbəyə istinadən bildirib.

Qeyd olunub ki, telefon danışığı ABŞ Prezidenti ilə Ukrayna lideri Volodimir Zelenski arasında sabahkı görüşdən əvvəl baş tutacaq.

Donald Tramp oktyabrın 17-də Ağ Evdə Zelenski ilə görüşəcək. Onların söhbətinin mövzularından birinin Kiyevə "Tomahawk" qanadlı raketlərinin tədarükü ilə bağlı olacağı gözlənilir.

Son xəbərlər

Bütün Xəbər Lenti