Kansler: Ukraynada müharibənin tezliklə başa çatacağı gözlənilmir
Digər ölkələr
- 24 noyabr, 2025
- 17:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniya Kansleri Fridrix Merts bildirib ki, Cenevrədə danışıqlarda bəzi məsələlər aydınlaşdırılsa da, Ukraynada müharibənin tez bir zamanda başa çatacağı gözlənilmir.
Bu barədə "Report" "The Guardian"a istinadən xəbər verir.
"Biz həmçinin bilirik: Ukraynada sülh bir an içində olmayacaq", - kansler vurğulayıb.
F.Merts qeyd edib ki, Ukrayna üzrə istənilən sülh planı Avropa ilə razılaşdırılmalıdır, çünki onun nəticələri birbaşa Avropa təhlükəsizliyi məsələlərinə aiddir.
Kansler, həmçinin Rusiyanı danışıqlar masasına oturmağa çağırıb.
Xatırladaq ki, noyabrın 23-də Cenevrədə ABŞ tərəfindən təklif olunan və 28 bənddən ibarət olan sülh planı üzrə Ukrayna və ABŞ nümayəndələrinin danışıqları keçirilib.
Son xəbərlər
00:40
İlon Mask: USAID-in fəaliyyəti çoxsaylı insanın ölümünə səbəb olub
Digər ölkələr
00:03
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
Digər ölkələr
23:48
Abdallah Sima Fransa çempionatında 12 ildən sonra bir oyunda beş qol vuran ilk futbolçu olub
Futbol
23:33
Corc Rassell Qətər Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
23:24
Britaniyada Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri kiberhücum səbəbindən işləmir
Digər ölkələr
23:06
Video
Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb
Region
23:01
Stiv Uitkoff ABŞ Senatında Ukrayna ilə bağlı məxfi brifinq keçirəcək
Digər ölkələr
22:50
Los-Anceles sahillərində güclü zəlzələ olub
Digər ölkələr
22:42
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
Futbol