Baş prokuror İmişlidə vətəndaşları qəbul edib
- 03 fevral, 2026
- 15:30
Baş prokuror Kamran Əliyev fevralın 3-də İmişli rayon prokurorluğunun inzibati binasında İmişli, Beyləqan, Füzuli, Saatlı, Sabirabad, Cəbrayıl və Xocavənd rayonundan olan vətəndaşları qəbul edib.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbulda iştirak edən 38 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.