İsrail girovların qalıqlarının olduğu 4 cənazəni qəbul edib - YENİLƏNİB

Digər ölkələr
  • 13 oktyabr, 2025
  • 22:22
İsrail girovların qalıqlarının olduğu 4 cənazəni qəbul edib - YENİLƏNİB

Qəzza zolağındakı İsrail qüvvələri Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə girovların qalıqlarının olduğu 4 cənazəni qəbul edib.

"Report" xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hərbçilər şəxsiyyətlərini müəyyənləşdirmək üçün onları İsrail ərazisinə aparır.

Onların adları hələlik açıqlanmayıb.

Qurum ictimaiyyəti səbirli olmağa və Milli Məhkəmə Ekspertizası Mərkəzində şəxsiyyətinin müəyyənləşdirilməsinin tamamlanmasını gözləməyə çağırıb.

Bundan əvvəl Əl-Qəssam qrupu (Fələstin HƏMAS hərəkatının hərbi qanadı) bazar ertəsi dörd girovun meyitini təhvil verəcəyini təsdiqləyib. İsrail ölən 28 girovdan yalnız dördünün meyitini qaytardığına görə HƏMAS-a narazılığını bildirib.

"Əl-Qəssam" qruplaşması (HƏMAS hərəkatının hərbi qanadı) bu gün dörd həlak olmuş İsrail girovunun meyitlərini təhvil verəcəyini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadının məlumatında bildirilib.

"Mübadilə sazişi çərçivəsində "Əl-Qəssam" briqadaları oktaybrın 13-də dörd girovun meyitlərini təhvil verəcək", - məlumatda qeyd olunub.

KİV-in məlumatlara görə, Qay İluz, Yosi Şarabi, Bipin Coşi və Daniel Perezin meyitləri təhvil veriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti