Hüquq-mühafizə orqanlarının əməkdaşları Hamburq hava limanında dövlət nömrə nişanı olmayan avtomobillə uçuş-enmə zolağına çıxan və dörd yaşlı qızını içəridə saxlayan şəxsi müqavimətsiz saxlayıb.
“Report” xəbər verir ki, bu barədə Hamburq polisinin mətbuat xidməti məlumat yayıb.
“Girovla bağlı insident aradan qaldırılıb. Şübhəli şəxs qızı ilə birlikdə maşından düşüb. Kişi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müqavimət göstərilmədən saxlanılıb”, – məlumatda vurğulanıb.
Bildirilib ki, ilkin baxışda uşaq xəsarət almayıb.
Almaniyanın Hamburq hava limanı naməlum silahlı şəxsin hücumuna görə bağlanıb.
“Report”un məlumatına görə, o, avtomobillə təhlükəsizlik səddini aşaraq platformaya çıxıb.
Daha sonra iki dəfə havaya atəş açıb və avtomobildən iki molotov kokteyli atıb. Yanğınsöndürənlər yaxınlıqda alışan təyyarəni söndürüblər.
Aeroportda uçuşlar dayandırılıb, hadisə yerinə Hamburq hüquq-mühafizə orqanlarının qüvvələri cəlb olunub, dörd yaşlı qızını girov saxlayan şəxslə əlaqə yaradılıb və hazırda danışıqlar davam edir.
Hadisənin qəyyumluqla bağlı olduğu ehtimal edilir. Belə ki, onun həyat yoldaşı atanın uşağı qəyyumluq mübahisəsindən sonra qaçırdığını iddia edib. Kişinin tələblərindən biri də Türkiyəyə uçuşun təmin edilməsidir.