Fransa Qüdsdə beynəlxalq müşahidəçilərin yerləşdirilməsini təklif edir

Fransa Qüdsdə beynəlxalq müşahidəçilərin yerləşdirilməsini təklif edir Paris bu məqsədlə hazırladığı qətnamə layihəsini BMT-nin Baş Assambleyasına təqdim etməyə hazırlaşır
Digər ölkələr
21 Oktyabr , 2015 07:17
Fransa Qüdsdə beynəlxalq müşahidəçilərin yerləşdirilməsini təklif edir

Bakı. 21 oktyabr. REPORT.AZ/ Fransa Qüdsün müqəddəs yerlərində beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifi ilə BMT-yə müraciət edəcək.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, rəsmi Paris bu məqsədlə hazırladığı qətnamə layihəsini BMT-nin Baş Assambleyasına təqdim etməyə hazırlaşır.

Bölgədə status-kvonun.qorunmasına nail olmaq istəyən Fransa rəhbərliyi hesab edir ki, müşahidə missiyası yahudilərlə ərəblər arasında gərginliyi azaldacaq.

Sənədin ilkin variantı artıq "bir sıra dost dövlətə", o cümlədən, ABŞ və İsrailə göndərilib.

Ancaq qətnamə layihəsinin qəbul edilməsi zəif ehtimal olaraq görünür. Çünkü veto hüququna malik olan ABŞ artıq məsələyə mənfi münasibət bildirib.

BMT-nin qeyri-daimi üzvü olan İordaniya da qətnaməni dəstəkləməyəcək. 1994-cü ildə İsrail ilə İordaniya arasında imzalanan sülh sazişinə əsasən Qüdsün bütün müqəddəs yerləri Haşimilər Krallığının "nəzarəti altındadır".

Son xəbərlər

Orphus sistemi