“Ermənistan və Azərbaycan arasında baş verənləri yaxından izləyirik. Hər hansı bir tərəfdən müraciət olacağı təqdirdə BMT Təhlükəsizlik Şurasının iclası çağırıla bilər”.
“Report”un ABŞ bürosu xəbər verir ki, bunu oktyabr ayında BMT TŞ-na sədrlik edən Braziliyanın BMT-dəki daimi nümayəndəsi, səfir Sergio França Danese mətbuat konfransında deyib.
BMT-nin Qarabağı ziyarət edən missiyasının hesabatı barədə məlumatlı olduğunu deyən səfir bildirib ki, Cənubi Qafqazda baş verənləri yaxından izləyir:
“Bildiyiniz kimi, hər iki ölkənin BMT-dəki daimi nümayəndəsindən biri müraciət etsə, BMT TŞ iclas keçirə bilər. Hələ ki, bizə heç bir ölkə tərəfindən müraciət daxil olmayıb. Əgər hansısa bir tərəfdən müraciət gələrsə biz iclas çağıracayıq”.