ABŞ-nin maliyyə naziri: Gələn həftə Çinlə ticarət sazişi imzalayacağıq
Digər ölkələr
- 01 noyabr, 2025
- 00:12
ABŞ və Çin gələn həftə ərzində ticarət sazişi imzalayacaqlar.
"Report"un "Financial Times"a istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
O, bəzi çətinliklərin risklərini etiraf etsə də, tərəflər arasında effektiv ünsiyyət kanallarının mövcudluğuna diqqət çəkib.
"Əlbəttə, hər şey rahat olmayacaq, amma düşünürəm ki, kommunikasiya kanallarımız indi daha yaxşıdır", - o deyib.
Nazir, həmçinin "TikTok" tətbiqi üçün müqavilənin bağlanmasının tezliklə baş tutacağını da açıqlayıb.
Xatırladaq ki, ABŞ və Çin liderləri Donald Tramp və Si Cinpin 30 oktyabrda Cənubi Koreyanın Pusan şəhərində danışıqlar aparıblar. Liderlər daha sonra sammitin nəticələri ilə bağlı müsbət fikirlərini bildiriblər.
Son xəbərlər
22:00
Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub
Komanda21:51
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə21:41
Bakının bir sıra yollarında sürət həddi endirilib
İnfrastruktur21:37
Andaman dənizində qaçqınlarla dolu gəmi qəzaya uğrayıb, yüzlərlə insan itkin düşüb
Digər ölkələr21:23
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib
Komanda21:19
Zelenski: Ukrayna və Norveç təhlükəsizliyin möhkəmləndirilməsi üzrə saziş imzalayacaq
Digər ölkələr21:11
Adil Embarş ANAMA əməkdaşının minaya düşərək həlak olması ilə əlaqədar başsağlığı verib
Xarici siyasət20:59
Aun: İsraillə danışıqlar Livan xalqının əzablarının sonu ola bilər
Digər ölkələr20:57