Belarus idxalı və satışı qadağan edilən malların siyahısını genişləndirib

Belarus idxalı və satışı qadağan edilən malların siyahısını genişləndirib Belarus hökuməti ölkəyə idxalı və satışı qadağan edilən malların siyahısına əlavə edib.
Digər ölkələr
29 Avqust , 2024 01:36
Belarus idxalı və satışı qadağan edilən malların siyahısını genişləndirib

Belarus hökuməti ölkəyə idxalı və satışı qadağan edilən malların siyahısına əlavə edib.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə müvafiq qərarı Belarusun Baş naziri Roman Qolovçenko imzalayıb.

Qərara əsasən, Belarus ərazisinə gətirilməsi və satışı qadağan edilən, dost olmayan ölkələrdən istehsal olunan malların siyahısı aşağıdakı maddələrlə əlavə edilir: yüksək sıxlıqlı polietilen, şin məmulatları, OSB lövhələri, faner, doğrama və dülgərlik məmulatları, kağız və sanitariya məmulatları, kağız və karton, o cümlədən fiberglas və pambıqdan ibarət üzlük.

Qeyd olunub ki, Polşa, Çexiya, Litva, Latviya və Estoniya mənşəli qadağan olunmuş mallar sırasına çanta və çamadanlar, divar kağızı, keramik plitələr, sanitar-texniki məmulatlar, soyuducular, dondurucular və onların avadanlıqları, paltaryuyan maşınlar, uşaq bezləri da əlavə edilib.

Hakimiyyət vurğulayıb ki, imzalanmış qətnamə Avropa İttifaqının 2024-cü il iyulun 1-dən Belarusa qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı qəbul etdiyi qərarlara cavabdır.

Son xəbərlər

Orphus sistemi