Almaniyada kəşfiyyatçı Rusiyaya casusluqda ittiham olunur

Almaniyada kəşfiyyatçı Rusiyaya casusluqda ittiham olunur Almaniya Baş Prokurorluğu ötən il Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılan Federal Kəşfiyyat Xidmətinin (BND) əməkdaşı Karsten L. və onun vasitəçisi Artur E-yə qarşı dövlətə xəyanət ittiham irəli sürüb.
Digər ölkələr
5 Sentyabr , 2023 23:30
Almaniyada kəşfiyyatçı Rusiyaya casusluqda ittiham olunur

Almaniya Baş Prokurorluğu ötən il Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılan Federal Kəşfiyyat Xidmətinin (BND) əməkdaşı Karsten L. və onun vasitəçisi Artur E-yə qarşı dövlətə xəyanət ittiham irəli sürüb.

“Report”un məlumatına görə, bu barədə “Sueddeutsche Zeitung” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Almaniyanın baş prokuroru tərəfindən avqustun ortalarında Berlin Ali Məhkəməsində hər iki şəxsə qarşı ittiham irəli sürüb.

Onlar ömürlük həbs cəzası ala bilərlər. Məxfi məlumatların çox olması səbəbindən məhkəmənin əsasən qapalı keçiriləcəyi gözlənilir. İddialar da əsasən məxfiləşdirilib.

Karsten L. 2022-ci il dekabrın sonunda saxlanılıb. Müstəntiqlərin fikrincə, o, Rusiya tərəfinə “HIMARS” reaktiv yaylım atəşi sistemlərinin və “İRİS-T” hava hücumundan müdafiə sistemlərinin Ukraynadakı mövqeləri barədə məlumatları çatdırmağa çalışıb.

Son xəbərlər

Orphus sistemi