Almaniyada iqtisadi siyasətdə islahatların tələb edildiyi nümayiş keçirilir

Almaniyada iqtisadi siyasətdə islahatların tələb edildiyi nümayiş keçirilir Berlində Brandenburq qapısı yaxınlığında müəssisələr və işəgötürənlər ittifaqlarının nümayəndələrinin nümayişi keçirilir.
Digər ölkələr
29 Yanvar , 2025 20:37
Almaniyada iqtisadi siyasətdə islahatların tələb edildiyi nümayiş keçirilir

Berlində Brandenburq qapısı yaxınlığında müəssisələr və işəgötürənlər ittifaqlarının nümayəndələrinin nümayişi keçirilir.

“Report” Almaniya KİV-ə istinadən xəbər verir ki, etirazçılar Almaniyanın hazırkı iqtisadi siyasətində köklü dəyişikliklər tələb edirlər.

Nümayiş iqtisadiyyatın müxtəlif sahələrindən yüzlərlə müəssisəni və işəgötürənlər birliklərini birləşdirən “Aktionsb ndnis Wirtschaftswarntag” alyansı tərəfindən təşkil olunub.

Alyansdan bildirilib ki, nümayiş fevralın 23-də keçiriləcək növbədənkənar seçkilərdən sonra formalaşdırılacaq gələcək hökumətə iqtisadiyyatın dəstəklənməsi üçün islahatların aparılmasının zəruriliyi ilə bağlı işarədir.

Oxşar etiraz aksiyaları Hamburq, Münhen, Ştutqart və Lingendə, eləcə də bir sıra müəssisələrdə keçirilir.

Orphus sistemi