Hüseyn Hüseynov: "DİM-in lokallaşdırılmasında pilot şəhərlər Şuşa və Naxçıvan seçilib"
- 23 oktyabr, 2026
- 14:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılmasında pilot şəhərlər Şuşa və Naxçıvan seçilib.
"Report" xəbər verir ki, bunu Xankəndidə keçirilən "Qarabağda DİM anı: Gələcək üçün Azərbaycan–BMT tərəfdaşlığı" mövzusunda yüksək səviyyəli strateji dialoq çərçivəsində jurnalistlərə müsahibəsində iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov bildirib.
"Bu gün Qarabağda BMT-Azərbaycan tərəfdaşlığı üzrə 3-cü yüksək səviyyəli görüş keçirilir. Bundan əvvəl eyni tədbir 2022-ci ildə Şuşa şəhərində, 2023-cü ildə Ağdam şəhərində olub. Görüşlərdə əsas müzakirə mövzuları qarşıdakı dövr ərzində Azərbaycan hökuməti və BMT arasında imzalanmış dayanıqlı inkişafa dair tərəfdaşlıq sənədlərinin icrasıdır. DİM-in lokallaşdırılması məqsədilə yol xəritələri -2 illik bir dövrü əhatə edən layihə hazırdır. Layihə çərçivəsində hər iki şəhərin spesifikası nəzərə alınıb, onların inkişaf planına inteqrasiya edilməsi nəzərdə tutulub".