Nenad Laloviç növbəti dəfə Dünya Güləş Birliyinin prezidenti seçilib

Fərdi
  • 23 oktyabr, 2026
  • 14:45
Nenad Laloviç növbəti dəfə Dünya Güləş Birliyinin prezidenti seçilib

Serbiyalı Nenad Laloviç növbəti dəfə Dünya Güləş Birliyinin (UWW) prezidenti seçilib.

"Report" xəbər verir ki, bu barədə UWW-nin mətbuat xidməti məlumat yayıb.

68 yaşlı funksioner seçkidə yeganə namizəd olub.

Dünya Güləş Birliyinin Konqresi Qazaxıstanın paytaxtı Astanada keçirilir.

Xatırladaq ki, Nenad Laloviç 2014-cü ildən etibarən UWW-nin prezidenti vəzifəsində çalışır. O, 2015-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvüdür.

44 filmi