Almaniya Avropa Enerji Birliyi vasitəsilə Ukraynaya 88,5 milyon avro dəyərində qış üçün enerji məqsədli yardım paketi verəcək.
“Report” “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər və İqtisadiyyat nazirlikləri birgə bəyanat yayıb.
Bildirilib ki, məqsəd Ukraynanın enerji sisteminin dayanıqlılığını gücləndirməkdir.