ABŞ Suriyaya müdafiə məhsullarının tədarükünə icazə verib

Digər ölkələr
  • 30 sentyabr, 2026
  • 20:06
ABŞ Suriyaya müdafiə məhsullarının tədarükünə icazə verib

ABŞ Suriyaya hərbi təyinatlı məhsulların tədarükünə qoyulan qadağanı ləğv edib.

"Report" xəbər verir ki, bu barədə hökumətin onlayn platforması olan "GovInfo" məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət Departamenti Suriyanı müdafiə məhsullarının tədarükü və bu sahədə xidmətlərin göstərilməsi ilə bağlı lisenziyaların və digər icazələrin verilməsindən imtina siyasətinin tətbiq olunduğu ölkələr siyahısından çıxarır.

Oktyabrın 1-də qüvvəyə minən norma dəyişikliyini ABŞ dövlət katibinin silahlanmaya nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Tomas Dinanno təsdiqləyib.

Xatırladaq ki, avqustda ABŞ Suriyanı Amerikanın terrorçuluğun sponsorları olan ölkələr siyahısından çıxarıb. Vaşinqton administrasiyası Dövlət Departamenti tərəfindən tərtib edilən bu siyahıda yer alanlara qarşı sanksiyaların tətbiq edilməsi baxımından geniş səlahiyyətlərə malikdir.