Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 91-ə çatıb - YENİLƏNİB-3
- 01 oktyabr, 2026
- 10:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmir rayonunda toyda zəhərlənən şəxslərin sayı 91 nəfərə çatıb.
Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, sentyabrın 30-u saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
Kürdəmir rayonunda toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb.
Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub, müvafiq yoxlamalar aparılır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Kürdəmirdə toy mərasimində zəhərlənənlərin sayı 50 nəfəri keçib.
"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, onlardan 7-si azyaşlıdır.
Qeyd edək ki, hadisə ötən gün şəhər ərazisində yerləşən "Günəş" restoranında qeydə alınıb.
Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.
Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.
"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən "Günəş" restoranında qeydə alınıb.
Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.
Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.