Avstraliyadakı Azərbaycan və Türkiyə icmalarının birgə fəaliyyəti müzakirə olunub

Avstraliyadakı Azərbaycan və Türkiyə icmalarının birgə fəaliyyəti müzakirə olunub Avstraliyadakı Azərbaycan və Türkiyə icmalarının birgə fəaliyyəti müzakirə olunub.
Diaspor
22 Oktyabr , 2022 11:48
Avstraliyadakı Azərbaycan və Türkiyə icmalarının birgə fəaliyyəti müzakirə olunub

Avstraliyadakı Azərbaycan və Türkiyə icmalarının birgə fəaliyyəti müzakirə olunub.

"Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Türkiyənin Avstraliyadakı səfiri Korhan Karakoç, Melburn şəhərindəki baş konsulu Arif Eser Torun və Sidney şəhərindəki baş konsulu Əli Sevimlə görüşlərində qeyd olunub.

Dövlət Komitəsinin sədri Avstraliyadakı Türkiyə diplomatik korpusunun həm azərbaycanlı həmkarlarına, həm də Azərbaycan icmasına göstərdiyi böyük diqqətə və dəstəyə görə minnətdarlığını bildirib. Birgə əməkdaşlıq fəaliyyətinin Avstraliyada yaşayan çoxsaylı erməni icmasının törədə biləcəyi təxribatların qarşısının alınmasında, Azərbaycan həqiqətlərinin bu ölkədə daha geniş yayılmasında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd edib ki, “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə nümayəndələrinin dünyanın müxtəlif ölkələrində, xüsusən uzaq Avstraliyada sıx birik nümayiş etdirməsi qürurvericidir.

Azərbaycan nümayəndə heyətini Avstraliyada salamlamaqdan məmnun olduqlarını bildirən türkiyəli diplomatlar Sidneydə və digər şəhərlərdə yaşayan azərbaycanlıların ölkənin və paytaxt Kanberranın ictimai-siyasi həyatında fəallıqları ilə seçildiklərini nəzərə çatdırıblar. Bütün dünyaya nümunə olan Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin Avstraliyada da nümayiş etdirildiyi, icmaların sıx əməkdaşlıq etdiyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi