Elmi Araşdırmalar İctimai Birliyinin sədri Telman Qasımov müharibə filmləri çəkən ssenarist və rejissorlara müraciət edib.
"Report" xəbər verir ki, o, QHT nümayəndələrinin iştirakı ilə Ermənistanın mina terroru ilə bağlı keçirilən müzakirə zamanı müharibə mövzusunda film çəkilişləri zamanı bir çox məqamlara diqqət yetirilməsinin zəruri olduğunu söyləyib.
"Bəzən film çəkilişləri zamanı yanlış mesajlar ötürülür. Mina təhlükəsinə qarşı davranış qaydalarına diqqət yetirilmir. Aktyorların minanın üzərinə çıxması, onunla ehtiyatsız şəkildə davranması filmlərdə əks etdirilir. Yəni hərbçi rolunda çıxış edən aktyor ssenariyə görə minanın üzərinə çıxır, gözləyir ki, digər hərbçilər gəlib onu xilas etsin. Əslində isə bütün növ minaların üzərinə çıxmağın sonu birmənalı olaraq ölümdür. Belə kadrlarla insanlara yanlış mesaj vermək olmaz".