“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası haqqında qərarın qəbulu müddəti başa çatıb

“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası haqqında qərarın qəbulu müddəti başa çatıb Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası barədə qərarın qəbulu üçün son gündür.
Daxili siyasət
21 Avqust , 2024 23:56
“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası haqqında qərarın qəbulu müddəti başa çatıb

Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası barədə qərarın qəbulu üçün ayrılmış müddət başa çatıb.

"Report"un xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçki qanunvericiliyə əsasən, “exit-poll” keçirmək niyyətində olan təşkilatlar səsvermə gününə azı 20 gün qalmış akkreditasiyadan keçmək barədə MSK-ya yazılı müraciət təqdim etməlidirlər. Seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası qaydalarına görə, hər bir yazılı müraciətə, onun daxil olduğu gündən başlayaraq 10 gün müddətində MSK tərəfindən baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçib-keçməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.

Təqvin Planında “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi prosesi üçün müddət avqustun 22-dək müəyyən edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Son xəbərlər

Orphus sistemi